Review #147912 of ISP Uninet

Give feedback
Uninet
rating rating rating rating rating
Speed:
rating rating rating rating rating
Availability:
rating rating rating rating rating
Helpdesk:
rating rating rating rating rating
Price/quality:
rating rating rating rating rating
Uninet 2014 Baku

İlk aylarda qənaətbəxş işləyirdi sonra şəkildə göründüyü kimidi vəziyyət. 4Mb/s 20 azn ödəyirik hər ay ancaq aldığımız xidmətin səviyyəsi və keyfiyyəti olduqca aşağıdı. Şəhərin mərkəzində 1Mb/s alırıq. Bu tək məndə belə deyil uninet istifadəçisi olan yaxın tanışlarda da vəziyyət eynidi. Yaxşıki problemi ya xəttə, ya modemdə, ya da splitterdə görürlər yoxsa necə yola verərdilər. Guya ki, problem xəttə ya da modemdədi, bu vəziyyətdə çıxıb bir başqa provayderə keçəcəyəm yenə ilk aylar sanki xətt və modem düzəlmiş kimi qənaətbəxş işləyəcək bir neçə aydan sonra eyni vals. Connectdə də eyni vəziyyət idi, əvvəl vip statusa atırlar, buna da şükür deyirsən bir neçə aydan sonra aşağı keyfiyyətli statusa atırlar keyfiyyət düşür aşağı. Opşim dəlixanadı, həm pulumuz getsin, həm də stress-əsəb çəkək. 21-ci əsrin 2014-cü ilində internet problemi yaşayırıq. Qonşu ölkələrə (Ukrayna, Rusiya, Türkiyə, Gürcüstan, Ermənistan) baxanda həm internet qiymətlər baha həm də aldığımız keyfiyyət olduqca aşağı. Bakıdakı provayderlərin bir çoxu təsəvvür edin 1mln istifadəçiyə veriləcək interneti verirlər 2mln istifadəçiyə belə olan halda hansı keyfiyyətdən, hansı stabillikdən söz gedə bilər. Az-çox uninetin adı vardı onun da keyfiyyəti bizi çox məyus etdi.
http://2ip.ru/speedbar/lN3B7y9YjUz5lHMr9/WO4L9uT+FbM8lluuITuqGOQY3l5wPWio59xHiMVw==.gif

Precessing request, please wait

rating rating rating rating rating
21.03.2014 at 16:46
c. Baku